NINA RICCI Nina qadınlar üçün tualet suyu Fransada istehsal olunmuş və 2006-cı ildə tanınmış parfümerlər Olivier Cresp və Jacques Cavallier tərəfindən yaradılmışdır. Bu ətir, Nina Ricci-nin simvolik və romantik dünyasını əks etdirən, meyvə və çiçək notlarının harmoniyası ilə hazırlanmışdır. İkonik alma formasındakı flakon isə qadınlıq və cazibənin simvoludur.
Ətirin açılış notlarında limon və əhəng kimi sitrus meyvələrinin təravəti hiss olunur. Ürək notlarında qırmızı alma, pion və pralinin şirin və yumşaq aroması önə çıxır. Baza notlarında isə müşk, alma ağacı və sidr ağacının isti və sakitləşdirici akkordları ilə ətri uzun müddət dəridə qalıcı edir.
Əsas akorlar:
-
Meyvəli
-
Çiçək
-
Şirin və təravətli
-
Müşk və odunsu notlar
İstifadə tövsiyəsi:
NINA RICCI Nina yaz və yay aylarında istifadə üçün idealdır. Gündüz saatlarında, ofisdə, gəzintidə və ya səyahətdə özünü yüngül, enerjili və cazibədar hiss etmək istəyən xanımlar üçün tövsiyə olunur. Günlük istifadə üçün uyğundur və gənc ruhlu, şən qadınlara xitab edir.
Brend | Nejma |
Konsentrasiya | EDT |
Çatdırılma Xərci |
|
Məhsul Məkanı | Azerbaijan |
Rəylər tapılmadı!
Bu məhsula heç bir şərh tapılmadı. İlk şərh edən siz olun!